Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandı
  • Xırdalan-Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? – Açıqlama
  • 169 nəfər müsabiqədənkənar tələbə oldu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı

Abortdan ölən qadın əvvəlcə bu hospitalda olub – Həkimi ŞOK DETALLAR açıqladı

Hadisə Gülnar Əliyeva22.08.2026 - 11:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Avqustun 20-də abortdan sonra vəfat edən Tovuz rayon sakini Lalə Quliyevanın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Qeyd edək ki, TƏBİB 24 yaşlı qadının Sabunçu Tibb Mərkəzinə artıq ölü vəziyyətdə gətirildiyini açıqlayıb. Rəsmi məlumatda onun hamiləliyini hansı tibb müəssisəsində sonlandırdığı isə qeyd edilməyib.

“Bakupost”un əldə etdiyi məlumata görə, Lalə Quliyeva Sabunçu Tibb Mərkəzinə “Vita Med Hospital”dan göndərilib. Onu həmin klinikada qəbul edən mama-ginekoloq Yadigar Hüseynova olub.

Yadigar Hüseynova ilə əlaqə saxladıq. O, “Bakupost”a bildirdi ki, Lalə Quliyevanı hospitala artıq qanaxma fonunda qəbul edib:

“Onlar mənim kəndçimdirlər. Avqustun 20-si anası mənə zəng etdi ki, Masazırdayıq, qızın halı pisdir, qanaxması var. Dedim, mən orada nə edə bilərəm? İşlədiyim yerə – “Vita Med Hospital”a gəlin.
Qanaxma fonunda gəliblər . Bizim klinikada olanda huşu aydın idi, danışırdı. Qan itirmişdi, təzyiqi düşmüşdü. Biz lazımi tədbirləri gördük, təzyiqi normallaşdırıldı və protokol qaydasında Sabunçu Tibb Mərkəzinə göndərildi.

USM yox idi. Biz həmin anda heç nəyi dəqiq təyin edə bilmirdik. Yalnız ilkin müdaxilə edib təzyiqini normallaşdırdıq və təcili tibbi yardımla göndərdik. Günün ikinci yarısı olduğuna görə qan bankı yox idi, lazımi tədbirləri görə bilməyəcəyimiz üçün onu axşam saat 6-7 radələrində, təxminən 40 dəqiqəyə dövlət klinikasına göndərdik.
“Vita Med”də abort əməliyyatı keçirilməyib”.

Həkimin açıqlamasından məlum olur ki, Lalə Quliyeva “Vita Med Hospital”a Masazırdan gətirilib.

Y. Hüseynova qadının harada və hansı şəraitdə əməliyyat olunduğu ilə bağlı suallarımıza cavab vermədi.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

BakuPost

Fotoda: mama-ginekoloq Yadigar Hüseynova

Bənzər Xəbərlər

24.08.2026 - 20:25Gülnar Əliyeva

Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı

24.08.2026 - 20:10Gülnar Əliyeva

Xırdalan-Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? - Açıqlama

24.08.2026 - 19:50Gülnar Əliyeva

169 nəfər müsabiqədənkənar tələbə oldu

24.08.2026 - 19:35Gülnar Əliyeva

Bakının bəzi ərazilərində 1 gün su olmayacaq

24.08.2026 - 19:25Gülnar Əliyeva

Həmin şəxs Rusiyadan tutularaq Bakıya gətirildi

24.08.2026 - 19:00Gülnar Əliyeva

“iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq

24.08.2026 - 18:36Gülnar Əliyeva

Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı

24.08.2026 - 18:30Gülnar Əliyeva

İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi

24.08.2026 - 18:12Gülnar Əliyeva

Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 879

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 973

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 929

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 746
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.