Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qəbul olmayanlar üçün yeni şans – Tarix açıqlandı
  • Xırdalan-Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? – Açıqlama
  • 169 nəfər müsabiqədənkənar tələbə oldu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

İqtisadiyyat Gülnar Əliyeva22.08.2026 - 15:07
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Gələn aydan Azərbaycanda sahibkarlar üçün bir sıra yeni güzəştlər qüvvəyə minir.

Yeniera.az modern.az-a istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ixracatçıların daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq, bəzi gömrük rəsmiləşdirilməsi xərcləri isə kompensasiya ediləcək.

Belə ki, sentyabrın 1-dən Prezident İlham Əliyevin imzaladığı fərmanlara əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı sahibkarların qarşılaşdığı gömrük rəsmiləşdirilməsi və daşınma xərclərinin bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya ediləcək.

Yeni mexanizm, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların xərclərinin azaldılmasına və Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına yönəlib.

Sentyabrın 1-dən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bu güzəşt dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobillərlə həyata keçirilən daşımalar üçün nəzərdə tutulub. Xaricdə qeydiyyatda olan avtomobillərdən istifadə zamanı isə dövlət dəstəyi 50 faizədək olacaq.

Lakin kompensasiyanın məbləği müəyyən hədlərlə məhdudlaşdırılacaq. Avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşınmalarda dəstək ixrac olunan məhsulun gömrük dəyərinin 15 faizindən, dəniz daşımalarında isə 5 faizindən çox ola bilməyəcək.

Yeni mexanizm Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarına da şamil ediləcək.

Belə ki, Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması zamanı çəkilən xərclərin 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya olunacaq.

Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi üzrə yığımların bir hissəsi də dövlət büdcəsi hesabına kompensasiya olunacaq.

Kompensasiyanın məbləği məhsulun növündən, ixrac edildiyi ölkədən və müəyyən edilmiş yuxarı həddən asılı olacaq. Yeni güzəştlər 1 sentyabr 2026-cı ildən etibarən 10 il müddətində tətbiq ediləcək.

Sentyabrın 1-dən daha bir vergi yeniliyi qüvvəyə minir. Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.

Bənzər Xəbərlər

24.08.2026 - 20:25Gülnar Əliyeva

Qəbul olmayanlar üçün yeni şans - Tarix açıqlandı

24.08.2026 - 20:10Gülnar Əliyeva

Xırdalan-Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? - Açıqlama

24.08.2026 - 19:50Gülnar Əliyeva

169 nəfər müsabiqədənkənar tələbə oldu

24.08.2026 - 19:35Gülnar Əliyeva

Bakının bəzi ərazilərində 1 gün su olmayacaq

24.08.2026 - 19:25Gülnar Əliyeva

Həmin şəxs Rusiyadan tutularaq Bakıya gətirildi

24.08.2026 - 19:00Gülnar Əliyeva

“iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq

24.08.2026 - 18:36Gülnar Əliyeva

Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı

24.08.2026 - 18:30Gülnar Əliyeva

İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi

24.08.2026 - 18:12Gülnar Əliyeva

Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 879

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 973

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 929

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 746
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.