Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İlham Əliyev Fərman İMZALADI
  • İlham Əliyev Vladimir Putinə zəng etdi
  • Azərbaycanda ağır qəza – 3 ölü, 2 yaralı – YENİLƏNİB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bakıya leysan yağacaq: tarix verildi

Bakıya leysan yağacaq: tarix verildi

Cəmiyyət Gülnar Əliyeva07.10.2026 - 09:36
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Payızın gəlişi ilə Azərbaycanda yağışlı hava şəraiti hökm sürür. Qarşıdakı aylarda yağıntıların artacağı və intensiv olacağı gözlənilir. Bakıda hələlik yağıntılar nisbətən az olsa da, əvvəlki illərdə olduğu kimi güclü yağışlar zamanı paytaxtda subasma hallarının yenidən yaşana biləcəyi narahatlıq doğurur.

Bu il də Bakıya normadan artıq yağış yağacaq? Paytaxt yağıntı sezonuna nə dərəcədə hazırdır? Əvvəlki illərlə müqayisədə müsbət dəyişiklik və ya hazırlıq varmı?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin (İB) sədri, ekoloq İradə Həsənova deyib ki, oktyabr ayı ərzində ölkə üzrə aylıq yağıntının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir:

“Eyni zamanda, bu ayın ayrı-ayrı günlərində intensiv və leysan xarakterli yağıntılar ehtimal olunur. Oktyabrın 6-7-si üçün də Bakı və Abşeron yarımadasında fasilələrlə yağış, bəzi yerlərdə isə qısamüddətli intensiv leysan gözlənilir. Burada mühüm məqam odur ki, aylıq yağıntının normadan artıq olması ilə qısa müddətdə güclü leysan yağması eyni şey deyil. Bakı üçün əsas təhlükə bəzən böyük həcmdə aylıq yağıntı deyil, çox qısa müddətdə böyük miqdarda suyun şəhərin küçələrinə düşməsidir. Belə vəziyyət drenaj və yağış-kanalizasiya sistemlərinin imkanlarını ciddi şəkildə sınağa çəkir. Son illərlə müqayisədə müsbət dəyişikliklərdən biri odur ki, 2026-cı ilin yanvarında “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Proqramın əsas məqsədlərindən biri intensiv yağışlar zamanı subasma risklərinin azaldılmasıdır. Sənəd çərçivəsində su, kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur”.

İB sədri bildirib ki, bu, əvvəlki illərlə müqayisədə mühüm yanaşma fərqidir:

“Problem yalnız yağış yağdıqdan sonra suyun çəkilməsi kimi yox, daha geniş şəhər infrastrukturu məsələsi kimi qiymətləndirilir. Hazırda Bakı və Abşeronun müxtəlif ərazilərində kollektor, kanalizasiya layihələri icra olunur. Məsələn, Pirşağı hövzəsində ümumi uzunluğu 33 kilometr olan kollektorun və yeni nasos stansiyasının tikintisi həyata keçirilir. Layihənin Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi, Kürdəxanı kimi ərazilərdə su və kanalizasiya problemlərinin həllinə, həmçinin subasma hallarının azaldılmasına xidmət etməsi nəzərdə tutulur. Müşfiqabad hövzəsində isə kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihənin 2028-ci ildə başa çatdırılması planlaşdırılır və subasma risklərinin azaldılması da layihənin gözlənilən nəticələri sırasında göstərilir”.

Ekoloq qeyd edib ki, hazırkı yağışlı hava şəraitində aidiyyəti qurumların gücləndirilmiş iş rejiminə keçməsi də müsbət haldır:

“İri Şəhərlərin Su Təchizatı QSC-nin məlumatına görə, intensiv yağışlar zamanı həssas ərazilərdə xidmət gücləndirilib, yağış və tullantı suları şəbəkələrinin təmizlənməsi aparılır. Küçə və prospektlərdə, körpüaltı ərazilərdə, qəsəbələrdə yağış sularının idarə olunması üçün tədbirlər görülür. Suların mövcud xətlərə və kollektor sistemlərinə yönləndirilməsi üçün texnikalar da cəlb edilir. Bu tədbirlər göstərir ki, yağış mövsümünə hazırlıq əvvəlki illərlə müqayisədə daha sistemli xarakter almağa başlayıb.

Bakının subasma problemini yalnız kanalizasiya xətlərinin çatışmazlığı ilə əlaqədar deyil. Şəhərin sürətli tikinti və urbanizasiya prosesi, asfalt və beton səthlərin genişlənməsi, təbii su axınlarının dəyişməsi, bəzi ərazilərdə yağış sularının toplanması üçün kifayət qədər imkanların olmaması da problemi artırır. Əsas məsələ yağışdan sonra deyil, əvvəl hazır olmaqdır. Bakı üçün ən düzgün strategiya yağış suyunu düzgün idarə etməkdir. Bunun üçün yağış kollektorlarının və drenaj xətlərinin mütəmadi təmizlənməsi, problemli küçələrin əvvəlcədən müəyyənləşdirilməsi, nasos stansiyalarının texniki hazırlığının daim nəzarətdə saxlanılması, yeni tikililərdə yağış sularının idarə olunmasının layihələndirmənin məcburi hissəsinə çevrilməsi, asfalt və betonlaşmanın mümkün qədər balanslaşdırılması, yaşıllıq, su keçirən səthlərin artırılması, həmçinin güclü yağışlar zamanı operativ xəbərdarlıq sisteminin təkmilləşdirilməsi vacibdir”.

Bənzər Xəbərlər

07.10.2026 - 11:13Gülnar Əliyeva

Bu gün xoş xəbər alacaq 3 bürc

07.10.2026 - 11:12Gülnar Əliyeva

Baş nazirdən bu məktəblə bağlı QƏRAR - Adı DƏYİŞDİRİLDİ

07.10.2026 - 10:01Gülnar Əliyeva

Azərbaycanda müəllim saxlanıldı - 65 min manatlıq DƏLƏDUZLUQ

07.10.2026 - 09:58Gülnar Əliyeva

Prezident Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

07.10.2026 - 09:57Gülnar Əliyeva

Bakıda evi olanlar üçün böyük FÜRSƏT: Çox insan bilmir

07.10.2026 - 09:20Gülnar Əliyeva

Tacir Şahmalıoğlunun ölüm xəbəri yayıldı

07.10.2026 - 00:06Gülnar Əliyeva

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

06.10.2026 - 23:31Gülnar Əliyeva

Sveta Əsədova vəfat etdi

06.10.2026 - 22:40Gülnar Əliyeva

Məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 254

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 228

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 134

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 875
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.