Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” – Rəşid Mahmudov
  • Elvin Mahmudzadə HƏBS EDİLDİ
  • Prezidentin vəzifəsindən azad etdiyi Yusif Yusifov kimdir? – DOSYE
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»12 milyonunu general, qalanını onlar qaytarıb…

12 milyonunu general, qalanını onlar qaytarıb...

Hadisə Gülnar Əliyeva08.10.2026 - 16:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Müdafiə Nazirliyində mənimsənilmiş ümumilikdə 160 milyon manat dövlət vəsaitinin nə qədərinin ödənildiyi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 41 milyon manata yaxın mənimsənilmiş vəsait dövlətə geri qaytarılıb. Bu məbləğin 38 milyon manatı ibtidai, 2 milyondan bir az artıq hissəsi birinci və apellyasiya məhkəməsi dövründə ödənilib.

Dövlətə vurulmuş ziyanın 12 milyon manatını Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, 11 il 6 ay azadlıqdan məhrum edilmiş general-mayor Nizami Məmmədov ödəyib. Qalan hissə isə digər təqsirləndirilən şəxslərin hesabına qaytarılıb.

Bundan əlavə, cinayət işi üzrə təqsirli bilinən şəxslərin əmlakı dövlət nəfinə müsadirə edilib.

Son apellyasiya baxışı iclasında Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə deyib ki, həbsdən azad olunacaqları halda dövlətə dəymiş ziyanın özlərinə düşən qalan hissəsini də ödəməyə hazırdırlar. 10 il 6 aylıq azadlıqdan məhrum edilən Əlizadə artıq 4 ildən çoxdur cəza çəkir. O, həbsdə qalmaqdansa, dövlətə dəymiş ziyanın ödənilməsinin vacib olduğunu deyərək azad edilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi yekun qərarında zabitlərin şikayətlərini təmin etməyib. Onların həbsinin davamına qərar verilib.

Məhkum edilmiş şəxslərin bu qərardan kassasiya şikayəti verəcəkləri bildirilir. Son qərarı Ali Məhkəmə verəcək.

Bənzər Xəbərlər

08.10.2026 - 22:26Gülnar Əliyeva

“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” - Rəşid Mahmudov

08.10.2026 - 22:24Gülnar Əliyeva

Elvin Mahmudzadə HƏBS EDİLDİ

08.10.2026 - 22:15Gülnar Əliyeva

Prezidentin vəzifəsindən azad etdiyi Yusif Yusifov kimdir? - DOSYE

08.10.2026 - 21:40Gülnar Əliyeva

“Google Gemini”dəki problem həll oldu - Yenilənib

08.10.2026 - 21:34Gülnar Əliyeva

Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək

08.10.2026 - 21:22Gülnar Əliyeva

Maduroya qarşı yeni ittihamlar irəli sürülüb

08.10.2026 - 20:15Gülnar Əliyeva

“Sabah” - “Borussiya” matçının biletləri satışda 

08.10.2026 - 19:40Gülnar Əliyeva

Prezidentin əməkhaqları ilə bağlı QƏRARI - Şad xəbər RƏSMƏN açıqlandı

08.10.2026 - 19:10Gülnar Əliyeva

Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 258

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 232

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 137

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.