• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
9°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Səfir: Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasını gözləyir

09 Sentyabr, 25 / 13:49
A A
Səfir: Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasını gözləyir

Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasına ümid edir.

Yeniera.az xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün Fransada müşahidə olunan siyasi böhran Parisin müxtəlif siyasi sahələrinə təsir göstərə bilər: “Azərbaycan hadisələrin inkişafını izləməyə davam edəcək. Aydındır ki, Fransadakı daxili böhran digər sektorlara da təsir göstərə bilər. Lakin biz onun necə bitəcəyini müşahidə edəcəyik. Biz böhranın ikitərəfli münasibətlərimizə birbaşa təsirini görməsək də, ümid edirik ki, onlar tezliklə normallaşacaq”.

L.Abdullayeva bildirib ki, Azərbaycan-Fransa münasibətləri Parisin Bakı və İrəvan arasındakı artıq başa çatmış münaqişəyə qərəzli mövqeyi səbəbindən pisləşib.

Səfir, Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistanla münasibətlərin qurulması üçün şərait yarada bildiyini və ölkələrin yekun sülh sazişinin imzalanması üçün yalnız bir neçə məqamı həll etməli olduğunu vurğulayıb.

“Biz ölkələrimiz arasında düşmənçilik səhifəsini bağladıq. Hazırda yekun sülhün imzalanması qarşısında duran yalnız bir şey var – bu, Ermənistan konstitusiyasıdır. Bizim istədiyimiz Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bundan sonra da əminliklə davamlı sülhdən danışa bilərik”, – diplomat bildirib.

L.Abdullayeva qeyd edib ki, tərəflər həqiqətən də buna doğru gedir: “Çünki ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda sülh sazişinin paraflanması Azərbaycan və Ermənistanın üzərlərinə götürdüyü öhdəlikləri nümayiş etdirir. Bu, əslində hər iki tərəfin suverenliyə, beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət, güc tətbiqinin yolverilməzliyi prinsipləri əsasında qonşuluq münasibətləri qurmaq öhdəliyi idi”.

Diplomatın fikrincə, bu cür nailiyyətlər Cənubi Qafqaz regionu üçün unikaldır, çünki burada vəziyyət uzun müddət qeyri-sabit olub: “Cənubi Qafqaz iki ölkənin sülh və əməkdaşlıq yoluna qədəm qoymasının nəticəsi olaraq müsbət inkişaf və gözə çarpan nəticələrin görüldüyü nadir regionlardan biridir. Azərbaycanın və Ermənistanın nümunəsi də məhz budur: uzun müddət münaqişədə olmuş iki ölkə”.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Rusiya Donetskdə kəndi bombaladı -  20-dən çox ölü var

Növbəti Yazı

Rusiya klubunun yeddi futbolçusu zəhərləndi

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.