Nepal ordusunun komandanı general Aşok Rac Siqdel tezliklə etirazçılara və ölkə vətəndaşlarına müraciət edəcək.
Yeniera.az xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat yayıb.
Nepal ordusu vəziyyəti izlədiyini bildirib və etirazçıları sabitliyi təmin etməyə çağırıb.
“Nepal ordusu xalqın maraqlarını və təhlükəsizliyini qorumağa sadiqdir”, – bəyanatda deyilir.
KİV-in məlumatına görə, ölkəboyu davam edən iğtişaşlar fonunda etirazçıların Dhanqadidə həbsxanaya hücum etməsi nəticəsində yüzlərlə məhbus qaçıb.

