• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Cəmiyyət

Saatlıda körpənin ölümünə görə şöbə müdiri CƏZALANDIRILDI

10 Sentyabr, 25 / 10:20
A A
Saatlıda körpənin ölümünə görə şöbə müdiri CƏZALANDIRILDI

Saatlı Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpənin ölümünə görə şöbə müdiri məsuliyyətə cəlb edilib.

Yeniera.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə 2023-cü ilin iyul ayında baş verib.

İstintaq materialları və məhkəmə-tibbi ekspertiza rəyləri doğumu həyata keçirlən həkimin zəruri tibbi protokollara əməl etmədiyini və səhlənkarlığa yol verdiyini sübut edib.

Məlumata görə, 2003-cü il təvəllüdlü ana xəstəxanaya qəbul edilərkən qan analizi, kardiotokoqrafiya, ultrasəs müayinəsi və digər vacib prosedurlar aparılmayıb.

Hamilənin qan azlığından (anemiya) əziyyət çəkdiyi sonradan üzə çıxsa da, bu fakt klinik diaqnozda öz əksini tapmayıb. Doğuş zamanı dölün ürək döyüntüləri və vəziyyəti nəzarətdə saxlanılmayıb, hipoksiya əlamətləri qiymətləndirilməyib.

Ekspertiza rəylərinə əsasən, belə şəraitdə təcili “Qeysəriyyə kəsiyi” əməliyyatına ehtiyac ola bilərdi. Lakin həkimlər bunu nəzərə almayaraq ananı birbaşa fizioloji doğuşa buraxıblar. Körpə doğulduqdan sonra oksigen çatışmazlığından – hipoksiya və asfiksiyadan əziyyət çəkib. Onun həyatını xilas etmək üçün lazımi reanimasiya tədbirləri vaxtında və tam aparılmayıb.

Yenidoğulmuş daha sonra Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilsə də, burada da müalicə adekvat olmayıb. Təxliyyə qaydalarının pozulduğu, yalnız tibb bacısının müşayiəti ilə aparıldığı, müvafiq sənədlərin tərtib edilmədiyi müəyyən edilib. Sabirabad xəstəxanasında neonatoloqların və kardioloqun müayinələri də protokollara uyğun aparılmayıb, diaqnoz düzgün əsaslandırılmayıb.

Ekspertiza nəticələrinə görə, yenidoğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi fonunda yaranmış kəskin ağciyər-ürək çatışmazlığı olub. Mütəxəssislər bildiriblər ki, vaxtında və düzgün tibbi tədbirlər görülsəydi, körpənin həyatını xilas etmək mümkün olardı.

Qərarda qeyd olunub ki, Səhiyyə Nazirliyinin “Normal doğuş”, “Qeysəriyyə kəsiyi” və “Neonatal xidmət”lə bağlı təlimatlarının tələbləri pozulub. Tibbi xidmətin qeyri-adekvat təşkili səbəbindən həm ana, həm də körpə üçün həyati risklər yaranıb.

Məhkəmə qərarında həkim mama-ginekoloq əsas məsul şəxs kimi göstərilib. Qərara əsasən Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləmiş həkim 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona elektron qolbaq taxılıb.

Həmçinin, əlavə olaraq 1 il müddətinə dövlət və özəl tibb müəssisələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq kimi fəaliyyət göstərmək hüququndan məhrum edilib. Məhkəmə həmçinin zərərçəkmiş ailənin 5000 manatlıq mülki iddiasını təmin etməyib.

Ən son xəbərləri bizim X hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Rutteni Polşanın hava məkanının pozulması barədə məlumatlandırdı

Növbəti Yazı

Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.