Donald Tramp Aİ-nin heç bir iştirakı olmadan Ukrayna nizamlanması planını irəli sürdükdən sonra Avropa ABŞ-lə artıq müttəfiq ola bilməz.
Yeniera.az xəbər verir ki, bu sözləri Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrell bildirib.
“Ukrayna nizamlanmasına dair 28 bəndlik planın sübutu kimi, Trampın rəhbərliyi altında ABŞ artıq Avropanın müttəfiqi sayıla bilməz”, – Borrel deyib.
Borrelin sözlərinə görə, Aİ Amerika siyasətindəki dəyişikliyi tanımalı və buna uyğun cavab verməlidir. O əlavə edib ki, Trampı sakitləşdirməyə çalışmaq uğursuz alınıb.
Qeyd edək ki, keçən həftə Vaşinqton Ukrayna nizamlanması üçün 28 bəndlik plan irəli sürüb və bu, Kiyevin Avropadakı tərəfdaşlarının narazılığına səbəb olub.
Rza Əli

