Vaşinqtonda ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiyanın daxil olacağı G7-yə alternativ yaratmaq ideyası müzakirə edilir.
Yeniera.az xəbər verir ki, bu barədə “Politico” qəzetinin mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, yeni assosiasiya mövcud G7 ilə “kəskin kontrast” yaradacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın G7-yə qoşulmaq üçün xahiş etmədiyini, yalnız dəvət olunduğunu bildirmişdi.
YENİERA.AZ

