ABŞ-nin Minneapolis şəhərində yerləşən kilsədə baş verən silahlı hücum nəticəsində azı iki uşaq həlak olub, 17 nəfər isə yaralanıb.
Yeniera.az Associated Press-ə istinadən xəbər verir ki, hücumun əsas şübhəlisi Robin Vestman olub.
Məlumata görə, o atəş açdıqdan sonra özünü öldürüb.
Bildirilir ki, Vestman hücumda istifadə etdiyi silahların hamısını qanuni yolla əldə edib. Bu barədə Minneapolis Polis İdarəsinin rəisi Brayan O’Hara məlumat verib.
Ən çox diqqət çəkən məqam isə şübhəlinin şəxsi YouTube kanalında yer alan ekstremist və zorakılığa çağırış xarakterli paylaşımlardır. Məlumatda deyilir ki, kanalda “Donald Trampı öldürün!” kimi təxribatçı ifadələr yer alıb və bu, istintaq orqanlarının xüsusi diqqətinə səbəb olub.
Vüsal Ömərov


