ABŞ Avropa Birliyi qarşısında Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi üçün şərt qoyub.
Yeniera.az Qərb mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt açıqlayıb.
O bildirib ki, avropalılar Rusiya qazından tamamilə imtina etmədikcə, yeni sanksiyalar müzakirə mövzusu olmayacaq.
Rayt qeyd edib ki, Avropa İttifaqının Rusiyadan enerji idxalını tamamilə dayandırması Moskvaya qarşı yeni sanksiyalara zəmin yaradacaq.
ABŞ Avropanın 2028-ci ilin sonuna kimi 750 milyard dollarlıq enerji alışı öhdəliyini yerinə yetirəcəyini gözləyir. Avropa ölkələri bəzi hallarda hələ də Rusiya qazını almağa davam edir. 2024-cü ildə Aİ-nin qalıq yanacaq idxalının 14 faizi Rusiyanın payına düşüb.
Əlövsət Hacıyev

