“Moskva ümid edir ki, Vaşinqtonun Rusiya prezidenti Vladimir Putinin Strateji Hücum Silahları Müqaviləsi (START) təklifinə müsbət cavabı rəsmi bəyanata çevriləcək”.
Yeniera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə Minsk Beynəlxalq Konfransında deyib.
“Ümid edirəm ki, ABŞ-dan onların da Yeni START Müqaviləsində müəyyən edilmiş kəmiyyət göstəricilərinə birtərəfli qaydada riayət etməyə razılıq vermələri təklifinə müsbət cavab ala bilərik”, – Lavrov bildirib.
Sentyabrın 22-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası ilə görüşü zamanı bəyan edib ki, Moskva gələn fevralda Yeni START Müqaviləsinin müddəti bitdikdən sonra bir il ərzində mövcud məhdudiyyətlərə əməl etməyə hazırdır. O, izah edib ki, Yeni START məhdudiyyətlərinə əməl etmək üçün atılan addımlar ABŞ-ın qarşılıq verəcəyi təqdirdə təsirli olacaq.
Putin həmçinin Rusiyanın nüvə qarşısının alınması imkanlarının hər hansı digər nüvə dövlətindən daha innovativ olduğunu bir daha vurğulayıb.
Öz növbəsində ABŞ prezidenti Donald Tramp Vladimir Putinin Yeni START Müqaviləsi çərçivəsində kəmiyyət məhdudiyyətlərinin saxlanılması təklifini yüksək qiymətləndirib.
Yeganə

