Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
  • Uşaqları bu saatlarda dənizə aparmayın – XƏBƏRDARLIQ
  • Bu ərazilərdə işıq olmayacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»ABŞ-də keçirilən beynəlxalq olimpiadada uğur qazanan şagirdlər vətənə dönüblər

ABŞ-də keçirilən beynəlxalq olimpiadada uğur qazanan şagirdlər vətənə dönüblər

Cəmiyyət Ariz Əhədov11.02.2026 - 22:58
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanlı şagirdlər ABŞ-nin Florida ştatında, Mayami Universitetində keçirilən “Olympiad USA” beynəlxalq final mərhələsində ingilis dili fənni üzrə uğurla çıxış edərək ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, müxtəlif yaş kateqoriyalarını əhatə edən bu akademik yarışma şagirdlərin beynəlxalq təcrübə qazanması və akademik portfoliolarının genişləndirilməsi baxımından perspektivli platforma hesab olunur.

5–10 fevral tarixlərində keçirilən final mərhələsində iştirak edən milli komanda Bakı və regionlardan seçilmiş istedadlı şagirdlərdən formalaşdırılıb və səfər “Global Olympiad Center” tərəfindən təşkil olunub.

Fevralın 9-da keçirilən mükafatlandırma mərasimində medallar iştirakçılara NASA-nın keçmiş alimi və “OlympiadUSA”nin fəxri prezidenti Dr. Kumar Krishen tərəfindən təqdim edilib. Tədbir çərçivəsində şagirdlər üçün ABŞ-də ali təhsil imkanları, TOP-100 universitetlərə qəbul perspektivləri, akademik portfolionun gücləndirilməsi və beynəlxalq olimpiadaların bu prosesdə yaratdığı üstünlüklər barədə geniş məlumat və tövsiyələr də verilib.

Yarışmada Azərbaycan komandası yüksək nəticələr əldə edib. Öz kateqoriyaları üzrə dünya reytinqində birinci olaraq çempion titulunu qazanan Ayxan Hacılı, Selin Səlimova və Səid Şahbazov iPad A16 mükafatı ilə təltif olunublar.

Dünya reytinqində ikinci yerə Sara İdrisova, Leyli Məmmədova, Fəxrəddin Cəlilov və Aylin Əhmədli, TOP-3 nəticələrə isə Nazlı Həbibulla, Gülnaz Abdullazadə, Ayxan Musalı və Sona Cəfərli layiq görülüblər.

Gümüş medal qazanan şagirdlər: Toğrul Mirzəzadə, Banu Allahverdiyeva, Osman Əsədov, Mədinə Hüseynova, Zeyd Məmmədov, Hüseynağa Hüseynov, Şəms Heydərli, Vahid Ələkbərli, Zəhra Həsənli, Aysel Məmmədzadə, Nazim Bababaylı, Zəhra Qurbanlı və Lalə Abdullayeva.

Bürünc medal qazananlar isə Gülnaz Abdullazadə, Rizvan Həsənzadə, Fidan İbrahimzadə, Eliana Məryəm Qasımova, Aliyə Kərimli, Mikayıl Seyidov, Nəzrin Əhmədzadə və Ayxan Ağalı olub.

Final proqramı çərçivəsində iştirakçılar üçün Mayami Universitetində kampus turu, rəsmi açılış mərasimi, “Frost Science Museum” ziyarəti və hazırlıq sessiyaları təşkil olunub. Əsas imtahan mərhələsi şəhər turu və sosial proqramlarla müşayiət olunub, proqram fevralın 9-da beynəlxalq mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Qeyd edək ki, “Olympiad USA” beynəlxalq akademik yarışma olmaqla yanaşı, şagirdlər arasında bilik mübadiləsini təşviq edən və onların gələcək akademik inkişafına töhfə verən beynəlxalq platforma kimi dəyərləndirilir. Azərbaycanlı məktəblilərin əldə etdiyi bu nəticələr ölkəmizin beynəlxalq akademik arenada artan uğurlarının növbəti göstəricisi hesab olunur.

Bənzər Xəbərlər

10.07.2026 - 23:54Gülnar Əliyeva

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10.07.2026 - 23:53Gülnar Əliyeva

Uşaqları bu saatlarda dənizə aparmayın - XƏBƏRDARLIQ

10.07.2026 - 23:50Gülnar Əliyeva

Bu ərazilərdə işıq olmayacaq

10.07.2026 - 23:49Gülnar Əliyeva

Bakıda partlayışda yaralanan ər-arvad xəstəxanada öldülər

10.07.2026 - 23:00Gülnar Əliyeva

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ

10.07.2026 - 22:45Gülnar Əliyeva

Bu ölkədə üçgünlük matəm elan edildi

10.07.2026 - 22:30Gülnar Əliyeva

Qorxmaz Əlili ilə bağlı ÜZÜCÜ XƏBƏR

10.07.2026 - 22:15Gülnar Əliyeva

Hesablama Palatasının səlahiyyətləri artırıldı

10.07.2026 - 22:00Gülnar Əliyeva

Afət Seyidzadəyə VƏZİFƏ VERİLDİ - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 969

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 382

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 447

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 207
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.