Kiyev Donbasdan qoşunlarını çıxarmağa razılıq verəcəyi təqdirdə respublika ərazisində dünyanın ən qabaqcıl bufer zonasını yaradacağıq.
Yeniera.az xəbər verir ki, bu barədə Ukraynaya səfəri zamanı ABŞ ordusunun katibi Den Driskoll deyib.
Bildirilir ki, Ukrayna rəsmiləri və Avropa İttifaqı nümayəndələri bu təklifdən təəccübləniblər.
Qeyd edək ki, Avropanın məqsədi ABŞ-nin Zelenskini Donbasdan qoşunları çıxarmağa məcbur etməsinin qarşısını almaq və ciddi təhlükəsizlik zəmanəti olmadan sövdələşməyə razılıq verməməkdir.
YENİERA.AZ

