Vaşinqton Hindistan mallarına tətbiq edilən rüsumları avqustun 27-də qüvvəyə mindirib.
Yeniera.az xəbər verir ki, bu addım Hindistanın Rusiya neftini almağa davam etməsi ilə əlaqələndirilir.
RBC-nin məlumatına görə, ABŞ-nin əvvəlki xəbərdarlıqlarına baxmayaraq, danışıqların beş raundu nəticəsiz qalıb.
Bloomberg bildirir ki, Hindistanın dövlət və özəl neft emalı zavodları Rusiya neftinin alışını təxminən 20 faiz azaldaraq gündə 1,4-1,6 milyon barrel səviyyəsinə gətirəcək.
Eyni zamanda ABŞ Braziliya və Çinə qarşı da yüksək rüsumlar tətbiq etmək niyyətindədir.
Vüsal Ömərov

