“Amerikanın Ukraynadakı münaqişəni həll etmək planı Rusiyanın qələbəsindən xəbər verir”.
Yeniera.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” (BZ) qəzeti yazıb.
Qəzet qeyd edir ki, Aİ ölkələri Rusiyanı razılaşmaya məcbur etməyə çalışmaqdansa, müstəqil şəkildə Moskva ilə döyüşlərə son qoymaq üçün dialoqa başlamalıdırlar.
Məqalədə deyilir: “Rusiya bu münaqişədə qalib gəlmək prosesindədir – və Amerikanın planı məhz bunu əks etdirir”.
Noyabrın 20-də KİV-lər ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı planını dərc edib. 28 bənddən ibarət plana Krımın və Donbasın Rusiya Federasiyasının bir hissəsi kimi tanınması, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması və Kiyevin NATO-ya üzv olmaqdan imtinası daxildir.
Yeganə

