Ukrayna ilə bağlı danışıqlar prosesində Vaşinqton razılaşmanın bağlanması üçün Kiyevə təzyiq edir.
Yeniera.az xəbər verir ki, bunu AFP-yə danışıqlarla tanış olan rəsmi mənbə bildirib.
Mənbənin bildirdiyinə görə, ərazi məsələsi danışıqlarda “ən problemli” mövzu olaraq qalır.
Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin elçisi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə telefon danışığında ərazi məsələsini müzakirə edib.
YENİERA.AZ

