İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və ABŞ Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələri məhv edib.
Yeniera.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb.
“SEPAH-ın Aerokosmik Qüvvələri 12 ballistik raketlə Əl-Əzraq hava bazası və komandanlıq mərkəzində ABŞ-yə məxsus F-35, F-15 və F-16 qırıcılarının yerləşdiyi məntəqələrə, eləcə də ABŞ ordusunun əsas obyektlərinə zərbələr endirərək, bu obyektləri və çoxlu sayda qırıcını məhv edib”, – bəyanatda deyilir.

