ABŞ administrasiyasının yüksək səviyyəli rəsmiləri siyasi fəal Çarli Kirkə sui-qəsd hadisəsindən sonra təhlükəsizlik məqsədilə hərbi bazalara köçüblər.
Yeniera.az xəbər verir ki, bu barədə “The Atlantic” jurnalının məlumat yayıb.
Jurnal qeyd edir ki, dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, daxili təhlükəsizlik katibi Kristi Noem, Federal Hökumətin Səmərəliliyi Departamentinin sözçüsü Keti Miller və onun əri Trampın daxili siyasət üzrə baş müşaviri Stiven Miller, eləcə də ordu katibi Daniel Driskoll hazırda ABŞ Armed Forces bazasında yaşayırlar.
Qeys edək ki, 31 yaşlı Çarli Kirk sentyabrın 10-da Orem Universitetində (Yuta) çıxışı zamanı güllələnərək ölüb. Şübhəli Tayler Ceyms Robinson sentyabrın 11-də həbs olunub və 7 maddə üzrə ittiham edilib. Yuta ştatının prokuroru Robinsona ölüm cəzası verəcəyini açıqlayıb.
Rza Əli

