ABŞ xüsusilə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini məhv edən kimi tanınan Həssas Zərbə Raketlərinin (PrSM) istehsalını sürətləndirməlidir.
Yeniera.az xəbər verir ki, bu barədə “Defence News” nəşri məlumat yayıb.
General-mayor Frank Lozanonun sözlərinə görə, ABŞ Ordusu və Lockheed Martin hazırda Ordu Taktik Raket Sistemini (ATACMS) əvəz edəcək PrSM istehsalını artırmaq yollarını araşdırır. Zabit vurğuladı ki, ATACMS istehsalı iki ildən sonra başa çatacaq, bundan sonra müvafiq istehsal gücü PrSM istehsalına yönləndiriləcək.
Nəşr vurğulayır ki, PrSM gələcək münaqişələrdə böyük rol oynayacaq, çünki o, Çin və Rusiya texnologiyalarına qarşı durmağa qadirdir.
Bundan əvvəl Amerikanın hərbi-sənaye korporasiyası Lockheed Martin elan etmişdi ki, ABŞ ordusu Nyu-Meksikodakı White Sands sınaq poliqonunda yüksək dəqiqlikli PrSM zərbə raketinin bir sıra uçuş sınaqlarını uğurla başa vurub.
2019-cu ilin dekabrında nəşr briqada generalı Con Raffertiyə istinadən, Avropanın hipotetik hərbi əməliyyatlar teatrında ABŞ Ordusu üçün hazırlanan yerdən-yerə PrSM-nin Rusiyanın S-400 kimi hava hücumundan müdafiə sistemlərini “məhv edəcəyini”, Sakit okeanda isə Çinin döyüş gəmisinin hədəfi olacağını bildirdi.
Yeganə

