ABŞ artıq Ukrayna böhranının maliyyələşdirilməsində iştirak etmir.
Yeniera.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O bildirib ki, Amerika xalqı Rusiya və Ukrayna ilə müharibə ilə bağlı xərclərə cəlb olunmur. Tramp vurğulayıb ki, keçmiş prezident Bayden 350 milyard dollar göndərmişdi, bunun bir hissəsi nağd, bir hissəsi isə avadanlıq olub. Hazırda ABŞ avadanlıqları NATO ölkələrinə satır və Avropa dövlətləri bunun tam qiymətini ödəyir. Daha sonra bu avadanlıqlar Ukraynaya çatdırılır. Tramp əlavə edib ki, ABŞ bu müharibəni həll etməyə çalışıb, lakin indi maliyyə və hərbi baxımdan iştirak etmir.
Yeniera.az

