Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu müəllimlərə şad xəbər – Maaşdan əlavə 500 manat alacaqlar
  • Qadınların görüntülərini montaj edib pul tələb edən gənc həbs edildi – VİDEO
  • Keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR — Prezident bu tapşırığı VERİB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»ADY: Bakıdan Ağdama qatarla səfərlər başlayır – YENİLƏNİB

ADY: Bakıdan Ağdama qatarla səfərlər başlayır - YENİLƏNİB

Gündəm Ariz Əhədov27.08.2025 - 11:46
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 avqust tarixindən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir.

ADY-dən Yeniera.az-a verilən məlumata görə, sərnişinlərə İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “FLIRT” markalı müasir qatarlarla xidmət göstəriləcək.

Məlumata görə, hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər.
Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 AZN, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 AZN təşkil edir.
Səfər zamanı qatarda ödənişsiz “Wi-Fi” xidmətindən yararlanmaq mümkün olacaq.
Bakı–Ağdam–Bakı marşrutu üzrə biletləri 27 avqust tarixindən ADY-nin veb-saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar.

İşğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq.

Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.
Bakı–Ağdam–Bakı dəmir yolu Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə, bütövlükdə Böyük Qayıdışa mühüm töhfə verəcək.

***

10:32

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) avqustun 30-da Ağdama qatarla səfərlərə start verir.

Yeniera.az  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata əsasən, Ağdama ilk dəfə müasir qatarlarla müntəzəm reyslərə başlanılır. Biletlər bu gündən satışa çıxarılıb. Qatar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək.

 

 

Bənzər Xəbərlər

13.03.2026 - 14:10Ariz Əhədov

Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ

13.03.2026 - 12:50Ariz Əhədov

"Əlli min müəllim ixtisar oluna bilər" - Əli Əhmədov

13.03.2026 - 12:25Ariz Əhədov

İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı

13.03.2026 - 11:48Ariz Əhədov

Bu rayonun bəzi kəndləri birləşdiriləcək

13.03.2026 - 11:35Ariz Əhədov

Ermənistana gedən dəmir yolunun tikintisi tamamlanmaq üzrədir

13.03.2026 - 11:21Ariz Əhədov

Ölkədə nə qədər işsiz var?

13.03.2026 - 10:20Ariz Əhədov

İcra Hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 44 nəfər işdən ÇIXARILDI

13.03.2026 - 10:13Ariz Əhədov

Neftimizin qiyməti 105 dolları ötdü

13.03.2026 - 00:38Ariz Əhədov

Üç dövlət qurumu birgə məlumat yaydı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 088

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 659

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 291

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 752
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.