“Bir ölkənin öz atom elektrik stansiyasının olması müəyyən mənada suverenliyin və müstəqilliyin təmin olunmasına töhfə verir”.
Yeniera.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Belarus Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti, elektrik enerjisi istehlakının artırılması və yeni nüvə potensialının tikintisi ilə bağlı təkliflərə həsr olunmuş iclasda deyib.
“Beş il əvvəl Ostrovetsdə Belarusun ilk atom elektrik stansiyasının təntənəli şəkildə işə salınması ilə ölkə yeni dövrə qədəm qoydu. Atom elektrik stansiyasının tikintisi bizim enerji təhlükəsizliyimizi möhkəmləndirməklə yanaşı, həm də Belarusun yüksək texnologiyalı ölkə kimi gələcək inkişafını müəyyənləşdirdi.
İstəsəniz, ölkənin öz atom elektrik stansiyasına sahib olmaq, müəyyən mənada, suverenlik və müstəqilliyi təmin etmək üsuludur”, – deyə Lukaşenko qeyd edib.
Yeganə

