AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Yeniera.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

O, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək “Ayaks” (Niderland) – “Şturm” (Avstriya)  oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən “De Toekomst” stadionda baş tutacaq.

Exit mobile version