Türkiyə milli komandası 2026-cı il Dünya Çempionatında Paraqvaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə qrup mərhələsində vidalaşıb.
Yeniera.az xəbər verir ki, oyundan sonra Arda Gülər və Hakan Çalhanoğlu azarkeşlərdən üzr istəyiblər.
Arda Gülər bildirib ki, komanda böyük məyusluq yaşayır: “Çox üzgünük, xəcalət çəkirik. Xalqımızdan üzr istəyirik. Gələcək turnirlərdə daha yaxşı nəticə göstərməyə çalışacağıq”.
Komanda kapitanı Hakan Çalhanoğlu isə məğlubiyyəti şərh edərkən deyib: “Hazırda söz tapmaq çətindir. Son iki oyunda hər şeyi sınadıq, amma alınmadı. Futbol bəzən amansız olur. Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq”.///Sherg.az
