Ağdam rayonunda qətl hadisəsi olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanıb. Ağır xəsarət alan Z.Hüseynov hadisə yerində ölüb.

Qətli törətməkdə onun kürəkəni 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin təfərrüatı araşdırılır.

***

Ağdamda qayınatasını qətlə yetirməkdə şübhəli bilinən Qənbərov Eldəniz Elşən oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir.

Exit mobile version