Qaxda baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Yeniera.az xəbər verir ki, qəza zamanı hadisə yerində ölən şəxs rayonun Əmbərçay kənd sakini 60 yaşlı Tacəddin Əhmədovdur.
Yaralılar 44 yaşlı Xəyal Abdul oğlu Həşimov, 52 yaşlı Zaur Səid oğlu Abdullayev və 66 yaşlı Novruz Şəmil oğlu Manafovdur.
Yaralılar müayinə və müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
