“Langone Health Medical Center”dən (ABŞ) olan alimlər 27 ağız mikrobunun mədəaltı vəzi xərçəngi riskinə təsir göstərə biləcəyini aşkar ediblər.
Yeniera.az xəbər verir ki, araşdırmanın nəticələri “JAMA Oncology” jurnalında dərc olunub.
Alimlər bu qənaətə xərçəng xəstəsi olan 122 min insanın sağlamlıq məlumatlarını təhlil etdikdən sonra gəliblər.
Tapıntılar sonradan diaqnoz qoyulan xəstələrin tüpürcəklərində 27 növ bakteriya və göbələk olduğunu ortaya çıxarıb.
Tədqiqatçıların hesablamalarına görə, bu mikroorqanizmlər mədəaltı vəzi xərçəngi riskini üç dəfədən çox artırıb.
Alimlər fərz edirlər ki, ağızdan mikroblar tüpürcək vasitəsilə mədəaltı vəziyə daxil ola və bu, xərçəngin inkişafına kömək edə biləcək iltihabi prosesləri tətikləyə bilər.
Müəlliflər müntəzəm ağız gigiyenasının vacibliyini də vurğulayırlar.

