Avropa İttifaqı (Aİ) “Meta” və “TikTok”u şəffaflıq qaydalarını pozmaqda ittiham edib.
Yeniera.az xəbər verir ki, Aİ Komissiyası Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində şəffaflıq öhdəliklərinin pozulduğuna dair ilkin nəticələri açıqlayıb.
Bəyanatda “Met””a və TikTok”un tədqiqatçılara ictimaiyyətə açıq olan məlumatlara adekvat çıxışı təmin etmək öhdəliyini pozduğu qeyd edilib. O, həmçinin qeyd edib ki, Meta Instagram və Facebook-da istifadəçilərə qeyri-qanuni məzmunu bildirmək üçün sadə mexanizmlər təqdim etmək və məzmunun moderasiyası qərarlarına effektiv etiraz etmək imkanı verməklə bağlı öhdəliklərinə əməl etməyib.
Aİ Komissiyasının ilkin nəticələri təsdiqlənərsə, şirkətlər cərimələr və uyğunluq əmrləri ilə üzləşəcək.
Aİ-nin texnoloji qaydalarına əsasən, Avropada fəaliyyət göstərən böyük şirkətlər və rəqəmsal platformalar buna əməl etməlidir.
Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyənin 6 faizinə qədər cərimə tətbiq edə bilər.
Təkrar pozuntular halında, sözügedən rəqəmsal platformalar Aİ-də fəaliyyətlərinə xitam verilə bilər.
Yeganə

