Avropa İttifaqı (Aİ) sanksiyalara və tədarükün əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Rusiyanın üçüncü ən böyük ticarət tərəfdaşı olaraq qalır.
Yeniera.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazır.
2024-cü ildə Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi təqribən 67,5 milyard avro təşkil edib. Bu, müharibədən əvvəlkindən xeyli aşağı olsa da, əməkdaşlıq tamamilə dayandırılmayıb. Almaniya Rusiya mallarının idxalını 92% azaldıb, lakin ticarət hələ də 9,5 milyard dollar həcmində qiymətləndirilir.
Fransa və Hollandiya aşağı da olsa, sabit idxal səviyyəsini qoruyurlar – hər biri 6 milyard dollardan çox. Slovakiya, Çexiya, İspaniya, Belçika və İtaliya 2021-ci il müharibədən əvvəlki səviyyə ilə müqayisədə alışları azaldıb, Macarıstan isə əksinə, Rusiyadan idxalı 31% artıraraq ölkələr arasında ümumi ticarət dövriyyəsini təxminən 6,2 milyard dollara çatdırıb.
Avropadan kənarda Asiya tərəfdaşları Rusiya iqtisadiyyatının dəstəklənməsində əsas rol oynayırlar. Çin Rusiya mallarının – ilk növbədə neft, qaz və kömürün ən böyük alıcısıdır.
2024-cü ildə idxal 130 milyard dollar, iki ölkə arasında ümumi ticarət isə təxminən 244,8 milyard dollara çatıb.
Müharibədən əvvəl Rusiyanın ticarət tərəfdaşları arasında cəmi 12-ci yerdə olan Hindistan, ilk növbədə neft alışı hesabına indi ikinci ən böyük idxalçıya çevrilib.
Yeganə

