Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran arasında ticarət-iqtisadi əməkdaşlıq üçün üç illik yol xəritəsi imzalanıb.
Yeniera.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyasının (AİİK) ticarət üzrə məsul naziri Andrey Slepnev bildirib.
“Sazişin həyata keçirilməsi üçün birgə əməkdaşlığa dair üç illik yol xəritəsi, nəqliyyat logistikası və ən əsası Şimal-Cənub dəhlizi kimi əsas bölmələri özündə birləşdirən hərtərəfli sənəd imzalanıb. Biz yaşıl gömrük dəhlizlərinin formalaşdırılması, rəqəmsallaşma, elektron tranzitə keçidlə bağlı razılığa gəldik ki, bu da şirkətlərimizə çatdırılmaların həyata keçirilməsini sürətləndirmək üçün imkanlar açır”, – deyə o, bildirib.
Slepnev həmçinin İranda idxal məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində ciddi işlərin aparıldığını qeyd edib.
Rza Əli

