Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan-Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR
  • Moskva sakinlərinə XƏBƏRDARLIQ: SIĞINACAQ AXTARIN
  • İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Ali təhsil almaq istəyənlərə bəd xəbər: Şərtlər çətinləşir

Ali təhsil almaq istəyənlərə bəd xəbər: Şərtlər çətinləşir

Cəmiyyət Ariz Əhədov19.09.2025 - 22:16
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xaricdə təhsil üzrə dövlət proqramına qəbul prosesində dəyişikliklər gözlənilir. Elm və Təhsil Nazirliyi bildirib ki, proqram üçün qəbul meyarlarını daha da çətinləşdirmək düşünülür. Bu isə abituriyentlər və valideynlər arasında suallar doğurur: yeni tələblər nələr olacaq və gənclərin xaricdə təhsil imkanlarına təsiri necə hiss olunacaq?

Yeniera.az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Ramin Nurəliyev “Yeni Sabah”a danışıb və bunun abituriyentlərin xeyrinə olacağını açıqlayıb:

“Elm və Təhsil Nazirinin çıxışında, xüsusilə də dövlət proqramı çərçivəsində xarici ali təhsil müəssisələrinə müraciət edən gənclərimizin müraciəti ilə bağlı bəzi dəyişikliklərin olunması təbii ki, qeyd olundu. Cənab Nazirin fikrincə, prosesin çətinləşdirilməsində əsas məqsəd müraciətlərin sayının çox olması və bəzi şagirdlərin, yaxud valideynlərin müxtəlif müsabiqələrdən gətirdiyi sertifikatlar və medalların çoxluğudur. Çünki Elm və Təhsil Nazirliyi yalnız dövlət tərəfindən qəbul olunan beynəlxalq yarışmaları, beynəlxalq olimpiadaları və beynəlxalq müsabiqələri qəbul edir. Digər müsabiqələr qəbul edilmir.

Hal-hazırda isə bəzi özəl təşkilatlar müəyyən məbləğ qarşılığında müsabiqələr təşkil edir, gənclər də həmin müsabiqələrdə iştirak edib müəyyən yerlər tutur, sertifikat və medal alır və həmin sənədlərlə dövlət proqramlarına müraciət edirlər. Bu halda artıq Elm və Təhsil Nazirliyinin nəzarətində olan xüsusi komanda formasında beynəlxalq olimpiadalarda iştirak edən şagirdlərin qarşısı alınmış olur. Halbuki, beynəlxalq olimpiadalarda iştirak edən şagirdlərin dövlət proqramına qəbul olunması Elm və Təhsil Nazirliyinin əsas prioritetidir. Nazirlik düşünür ki, Azərbaycanın adını ucaldan, bayrağını beynəlxalq təşkilatlarda yüksəldən gənclərin məhz Elm və Təhsil Nazirliyinin razılığı və icazəsi ilə həmin olimpiadalara qatılması daha məqsədəuyğundur və onların dövlət proqramına qoşulmasına üstünlük verilir.

Amma hazırda müxtəlif dövlətlər və özəl təşkilatlar tərəfindən keçirilən beynəlxalq müsabiqələr var. Bu müsabiqələrdə medal qazananlar da “beynəlxalq olimpiadada iştirak etmişik” kimi təqdim olunaraq dövlət proqramlarına və ya hökumətlərarası təqaüd proqramlarına müraciət edirlər. Bu isə müraciətlərin sayının artmasına və nəticədə digər şagirdlərin qəbul imkanlarının məhdudlaşmasına səbəb olur.

Məsələn, Respublika Fənn Olimpiadasında birinci yer tutmuş gənc əlbəttə ki, özəl təşkilatların keçirdiyi beynəlxalq müsabiqələrdə iştirak edənlərdən üstün qiymətləndirilməlidir. Çünki bəzi dövlətlər belə müsabiqələri tanımırlar. Bu səbəbdən də müəyyən bir standartın tətbiqi gözlənilir”.

Müsahibimiz bildirib ki, bundan başqa, ölkə daxilində Elm və Təhsil Nazirliyinin keçirdiyi xüsusi müsabiqələrdə iştirak edənlərin də üstünlüyə malik olması ehtimal edilir:

“Eləcə də SAT, TOEFL, IELTS kimi beynəlxalq imtahan nəticələri də nəzərə alınacaq. Yəni müəyyən kriteriyalar hazırlanacaq və həmin kriteriyalara əsasən qiymətləndirmə aparılacaq.

Hazırda beynəlxalq olimpiadalar, müsabiqələr və imtahanlar bir qədər qarışıq vəziyyətdədir. Müraciət sayı çoxdur və seçim prosesi çətinləşib. Bu səbəbdən də dövlət proqramına və hökumətlərarası təqaüd proqramlarına müraciət edən gənclərin nəticələri konkret kriteriyalar əsasında qiymətləndirilməlidir.

Nazirliyin məqsədi prosesin çətinləşdirilməsi ilə daha keyfiyyətli nəticə əldə etməkdir. Çünki beynəlxalq olimpiadalarda yer tutmaq çətindir və hər gənc buna nail ola bilmir. Bu səbəbdən atılan addımlar da nəzərə alınacaq. Çox vaxt gənclər “mən Respublika Fənn Olimpiadasının qalibi olmamışam, amma beynəlxalq müsabiqədən medal gətirmişəm, niyə qəbul edilmədim?” deyə narazılıq edirlər. Digərləri isə zəif nəticə ilə qəbul olunurlar. Ona görə də müəyyən standartların tətbiqi vacib sayılır. Nazirlik düşünür ki, yeni kriteriyalar əsasında qiymətləndirmə aparılacaq və buna uyğun olaraq dövlət proqramı və ya hökumətlərarası təqaüd proqramları çərçivəsində xarici ali təhsil müəssisələrinə qəbul prosesi həyata keçiriləcək. Əlavə olaraq, konkret kriteriyaların nələr olacağı isə Nazirliyin xüsusi komissiyası tərəfindən açıqlanacaq”.

Bənzər Xəbərlər

25.06.2026 - 17:48Ariz Əhədov

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

25.06.2026 - 14:20Ariz Əhədov

Bu aeroportun direktoru vəzifəsindən azad olundu

25.06.2026 - 10:15Ariz Əhədov

Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir - Video

25.06.2026 - 00:33Ariz Əhədov

Sabah bu ərazilərdə işıq olmayacaq

24.06.2026 - 23:42Ariz Əhədov

Hava dəyişir: 5 gün yağış yağacaq - Bu tarixlərdə 

24.06.2026 - 22:56Ariz Əhədov

Dolğu etdirən qadınlarda çürümə amputasiya həddinə çata bilər - XƏBƏRDARLIQ

24.06.2026 - 21:40Ariz Əhədov

Bu şəxslərin imtahan nəticələri ləğv edildi

24.06.2026 - 16:57Emin Farzaliyev

"Zevs"in qardaşına hökm oxundu

24.06.2026 - 16:53Emin Farzaliyev

Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 785

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 203

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 064
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.