ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Alison Huker Bakıya ilk səfərinin məhsuldar keçdiyini bildirib.
Yeniera.az xəbər verir ki, “X” hesabında bu barədə yazan A.Huker, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüyünü qeyd edib.
“ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyanın əsasını qoymaq bizim üçün şərəfdir”, – A.Huker yazıb.

