Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İsrail və Livan arasında 10 günlük atəşkəs elan edildi
  • Bu tələb ləğv edildi – Arayışa ehtiyac yoxdur
  • Prezidentin qızı və gəlininin film təqdimatından – Fotoları
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Alman gənc ailəsi ilə mübahisə edib “səyahət”ə çıxdı – Qazaxda həbs olundu

Alman gənc ailəsi ilə mübahisə edib “səyahət”ə çıxdı - Qazaxda həbs olundu

Hadisə Ariz Əhədov19.02.2026 - 11:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Gürcüstandan Azərbaycana qeyri-qanuni yolla daxil olmuş Almaniya vətəndaşı V.S həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qazax Rayon Məhkəməsinin hökmü ilə 2005-ci il təvəllüdlü şəxsə 4 ay həbs cəzası verilib.

Məlum olub ki, Almaniya vətəndaşı olan macərapərəst gənc ötən ilin noyabrında Gürcüstandan qeyri-qanuni yolla Qazaxın kəndlərindən birinə keçib. Az sonra o, sərhədçilər tərəfindən saxlanılıb.

Barəsində Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə iş açılan V.S ifadəsində bildirib ki, dünya ölkələrinə səyahət etməyi planlaşdırıbmış:

“2005-ci ildə ildə Almaniya Federativ Respublikasının Bautzen şəhərində anadan olmuşam. Subayam, əvvəllər fermada mexanik işləmişəm. Ailəmlə – atam, anam və yaşda məndən balaca iki qardaşımla birlikdə Almaniyanın Bautzen şəhərinin Jiedlitz kəndində yaşayıram. Atamla anam həmin kənddə yerləşən özümüzə məxsus restoranda işləyirlər.

Mən işləmədiyim üçün tez-tez atamla aramızda mübahisələr olurdu. Sonuncu dəfə atam məndən işləmədiyim üçün evi tərk etməyimi istədi. Həm buna görə, həm Türkiyə, Gürcüstan, Azərbaycan, Nepal və digər başqa ölkələri gəzmək, həm də gürcüstanlı sevdiyim qızı görmək üçün avtobusa bilet alaraq Münhen şəhərindən Bolqarıstanın Sofiya şəhərinə getdim.

Orada bir gün meşədə qaldıqdan sonra yolda tanımadığım yük avtomobilinə yaxınlaşıb məni Türkiyəyə aparmağını xahiş etdim. Həmin yük avtomobili ilə bir gün yol getdikdən sonra Türkiyənin Çorlu şəhərinə çatdım. Həmin şəhərdə də yolda avtostop edəndən sonra İstanbul şəhərinə getdim. Daha sonra İstanbul – Tbilisi aviareysinə bilet alaraq Tbilisiyə uçdum, üç gün burada küçədə qaldım.

Oradakı insanlardan və mobil telefonda olan xəritədən istifadə edərək piyada yola düşərək iki gün yol gəldikdən sonra Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsinə yaxınlaşdım. Orada mənə Azərbaycana keçməyin mümkün olmadığını bildirdilər. Daha sonra dağlıq ərazilərlə Azərbaycan istiqamətində yolumu davam etdirdim, təxminən 10-12 saat yol getdikdən sonra adını bilmədiyim kəndə çatdım. Qarşıma çıxan şəxsdən yemək və gecə qalmaq üçün yer soruşdum. Qısa müddətdən sonra sərhədçilər tərəfindən saxlanıldım”.

Qeyd edək ki, məhkəmə prosesi fevralın 11-də başa çatıb. Cəzasının bitməsindən sonra V.S-in Azərbaycandan deportasiya edilməsi gözlənilir.

Bənzər Xəbərlər

16.04.2026 - 23:10Ariz Əhədov

İsrail və Livan arasında 10 günlük atəşkəs elan edildi

16.04.2026 - 23:00Ariz Əhədov

Bu tələb ləğv edildi - Arayışa ehtiyac yoxdur

16.04.2026 - 22:42Ariz Əhədov

Prezidentin qızı və gəlininin film təqdimatından - Fotoları

16.04.2026 - 22:30Ariz Əhədov

Bu ərazilərdə qaz kəsiləcək

16.04.2026 - 22:16Ariz Əhədov

Onlara yeni vəzifə verildi

16.04.2026 - 22:00Ariz Əhədov

32 yaşında prorektor təyin edildi - DOSYE

16.04.2026 - 21:00Ariz Əhədov

Toya hazırlaşırdı: yoxlanıldı, işdən çıxarıldı - Toy təxirə salınır?

16.04.2026 - 20:00Ariz Əhədov

Baş Prokurorluq məlumat yaydı

16.04.2026 - 09:30Yeni Era

2-ci sinif şagirdi vəfat etdi - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 003

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 866

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 861

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 031
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.