Almanların əksəriyyəti hökumətin İsrailə hərbi dəstəyinin əleyhinədir.
Yeniera.az xəbər verir ki, Körber Fondu və Forsa İctimai Rəyi Araşdırma İnstitutunun sifarişi ilə keçirilən sorğuda almanların 82 faizi İsrailin Qəzzaya hücumlarına hərbi dəstək verilməsinə qarşı olduqlarını bildirib.
Respondentlərin yalnız 15 faizi İsrailə hərbi dəstəyi təsdiqləyib.
Sentyabrın 15-dən 26-a qədər keçirilən sorğuda 1500-dən çox almanla müsahibə aparılıb və respondentlərin 73 faizi Almaniya hökumətinin İsrailə daha güclü diplomatik təzyiq göstərməli olduğunu bildirib.
Sorğu həmçinin almanların öz tarixi məsuliyyətlərinə baxışında əsaslı dəyişikliyi aşkar edib.
Almanların 60%-i ölkələrinin Holokosta görə İsrail qarşısında xüsusi məsuliyyət daşıması fikrini rədd edib, yalnız 38%-i bu ənənəvi mövqeyi dəstəkləyib.
Almaniya 8 oktyabr 2023-cü ildən 2025-ci il iyunun 5-dək İsrailə 492 milyon avro dəyərində silah satışına icazə verdi.
Artan ictimai təzyiqə görə Almaniya kansleri Fridrix Merts avqust ayında İsrailə silah ixracına məhdudiyyətlər qoyub, lakin bu məhdudiyyətlər 24 noyabr 2025-ci ildə aradan qaldırılıb.
Yeganə

