• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Manşet

Amnistiya olacaq - Rəşad Dağlı azad ediləcək?

16 Dekabr, 25 / 15:46
A A
Amnistiya olacaq - Rəşad Dağlı azad ediləcək?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında parlamentin qərar layihəsi hazırlanıb. Layihəyə əsasən bir qrup məhkumlara amnistiyanın şamil olunması nəzərdə tutulub. Bəs bu məhkumlar arasında meyxanaçı Rəşad Dağlı da ola bilər?

Bu sualı hüquqşünas Ramil Süleymanov Manset.az-a açıqlamasında cavablandırıb. O bildirib ki, törətdiyi cinayətlə bağlı Rəşad Dağlıya verilən cəza nəzərdə tutulan amnistiya aktının maddələrinə uyğun olduğu təqdirdə onun cəzasının azaldılması və yaxud da məhkumluqdan azad edilməsi mümkün ola bilər:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada şəxslərə təqdim olunmur. Amnistiya aktı Milli Məclis tərəfindən ümumi şəkildə konkret maddələrə əsasən tətbiq olunur. Həmin maddələr üzrə cinayət məsuliyyətindən, cəzadan azadolunmalar həyata keçirilə bilər, şəxslərin cəzası azaldıla bilər və ya daha yüngül cəza növü ilə əvəz oluna bilər. Qeyd edim ki, amnistiya aktında şəxslərin üzərindən, ümumiyyətlə, məhkumluq da götürülə bilər. Rəşad Dağlının törətmiş olduğu cinayətin maddəsi amnistiya aktında öz əksini taparsa, həmin cəzaya uyğun həbs müddətinin azaldılması, daha yüngül cəza növü ilə əvəz edilməsi və ya azadlığa buraxılması mümkün ola bilər”.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı 2023-cü ildə qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ən son xəbərləri bizim TikTok hesabımızda izləyin @yeniera
Öncəki Yazı

AFFA bu klubları cərimələdi

Növbəti Yazı

Birbank-dan bayram sürprizi - Metroda gediş haqqına 50% endirim edildi

XƏBƏR LENTİ

 Mais Bərxudarovun yeni görüntüsü – Görün kimlərlə görüşdü – FOTO

Xərçəngin dərmanı bu heyvanda TAPILDI

Azərbaycanda sabiq məmur “ANS” adında şirkət açdı

Qar yağacaq, şaxta olacaq - SABAHIN HAVASI

Kamran Əsədov vəzifəsindən KƏNARLAŞDIRILDI

Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb

İctimai Şuranın ilk iclası keçirildi

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - SİYAHI

Mədəniyyət Nazirliyi “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasındadır - FOTOLAR

Birbank-dan bayram sürprizi - Metroda gediş haqqına 50% endirim edildi

Amnistiya olacaq - Rəşad Dağlı azad ediləcək?

AFFA bu klubları cərimələdi

SON DƏQİQƏ! Azərbaycanda elektron siqaretlər qadağan olunur

SON DƏQİQƏ! Məşhur general vəzifəsindən AZAD OLUNDU - FOTO

Bu məhkumların cəzası 6 ay azaldılacaq

Amnistiyaya bu məhkumlar düşəcək - KATEQORİYALAR

 Yol polisindən bu sürücülərə XƏBƏRDARLIQ 

Bakıda evdə 8 min dollarlıq qızıl oğurlandı

Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Sabah hava necə olacaq?

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.