Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Əl enerjisi” ilə müalicə edən “həkim”ə otağı kirayə verən şəxs DANIŞDI – VİDEO
  • Üç dövlət qurumu birgə məlumat yaydı
  • Azərbaycanda şirkət rəhbəri vəfat etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Amnistiyaya bu məhkumlar düşəcək – KATEQORİYALAR

Amnistiyaya bu məhkumlar düşəcək - KATEQORİYALAR

Gündəm Yeni Era16.12.2025 - 14:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək.

Yeniera.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya élan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:

– Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

– Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

– bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları.

Yuxarıda qeyd olunan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmayacaq, başlanılmış cinayət təqibinə isə xitam veriləcək.

Bənzər Xəbərlər

13.03.2026 - 00:38Ariz Əhədov

Üç dövlət qurumu birgə məlumat yaydı

12.03.2026 - 18:45Ariz Əhədov

İcra başçısının köməkçisi vəzifəsindən azad edildi

12.03.2026 - 16:20Ariz Əhədov

TƏCİLİ: Xamenei ƏMR VERDİ - Müharibə başa çatır?

12.03.2026 - 15:35Ariz Əhədov

Rusiya təyyarəsi Lənkəran aeroportuna endi - Yenilənib

12.03.2026 - 13:18Ariz Əhədov

Nazir onu özünə yenidən müşavir təyin etdi

12.03.2026 - 10:00Ariz Əhədov

34 il dövlətə sədaqət, xalqa xidmət! - Daxili Qoşunlar

11.03.2026 - 21:10Ariz Əhədov

Avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK

11.03.2026 - 21:00Ariz Əhədov

Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ

11.03.2026 - 16:40Ariz Əhədov

Azər Qasımlıya hökm oxundu - 12 il

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 053

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 647

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 266

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 742
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.