Tovuzda ana və bacısını qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Kainat Namazov cəzadan azad edilib.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.

Ötən ilin yayında baş vermiş hadisənin istintaq materiallarında yazır ki, Kainat Namazov anlaqsız vəziyyətdə anası Sevinc Namazova və bacısı Aliyə Namazovanı çəkiclə başlarına vura-vura qətlə yetirib. (daha əvvəl cinayət aləti kimi baltadan istifadə edildiyi bildirilmişdi-red) Bundan sonra isə o, yaşadıqları evi yandıraraq əmlakı qəsdən məhv edib.

Xüsusilə ağır cinayət əməlinə görə həbs edilən Kainatın tibbi ekspertizası onun anlaqsız olduğunu təsdiq edib. Bu əsasla prokuror da onun cəzadan azad edilərək məcburi müalicəyə cəlb edilməsini istəyib.

Amma Kainat özü məhkəmədə gözlənilməz ifadə verib. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmədini, cinayəti də necə və hansı şəraəitdə törətdiyini xatırladığını bildirib. Kainat ana və bacısını elə onu psixi xəstə kimi qələmə vermələri, müxtəlif vaxtlarda xəstəxanada yatmağa məcbur etdikləri üçün öldürdüyünü deyib.

Təqsirləndirilən şəxsin bu dediklərinə baxmayaraq, məhkəmə onun cinayəti anlaqsız vəziyyətdə törətdiyini sübuta yetirilmiş hesab edib.

Xəbəri rus dilində oxuyun: Мужчина, убивший мать и сестру молотком, освобожден от наказания

Qərara əsasən, Kainat cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

Qeyd edək ki, K.Namazovun atası Elbrus Namazov keçmiş məmur olub. Ata Namazov uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsul vəzifələrdə çalışıb.

Exit mobile version