Bakıda xəstələrin müalicə müəssisəsindən qaçması ilə bağlı iddialara aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniera.az-a bildirilib ki, məlumatlar yalandır.
“Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır”, – nazirlikdən qeyd edilib.
