Texnologiya nəhəngi Apple (AAPL.O) süni intellekt sistemlərini müəllif hüquqları ilə qorunan kitablardan öyrətməkdə ittiham olunub.
Yeniera.az xəbər verir ki, ABŞ-nin Şimali Kaliforniya ştatındakı federal məhkəməyə təqdim olunan iddiada, Apple-ın müəlliflərin razılığı olmadan əsərlərini istifadə etdiyi bildirilib.
Bu hadisə, süni intellekt dövründə əqli mülkiyyətin qorunması ilə bağlı artan hüquqi mübahisələrin bir hissəsi kimi qiymətləndirilir.
Apple-a qarşı iddiada nə deyilir?
Müəlliflər Grady Hendrix və Jennifer Roberson tərəfindən təqdim olunan iddiada qeyd olunur ki, Apple, müəlliflərin qorunan əsərlərini razılıq, kredit və ya təzminat olmadan süni intellekt modellərinin hazırlanması üçün istifadə edib. İddiaçılar bildirirlər ki, şirkət bu əsərlərdən gəlirli texnologiya yaratmaq üçün istifadə etsə də, müəlliflərə heç bir ödəniş etməyib.
“Apple müəlliflərə, verdikləri töhfələrə görə heç bir maliyyə kompensasiyası təqdim etməyib,” – deyə iddiada qeyd olunub.
İddiaların fonunda daha böyük bir problem
Apple-a qarşı bu iddia, müəlliflərin və media qurumlarının texnoloji nəhənglərə qarşı açdıqları bir sıra hüquqi işlərin sonuncusudur. Süni intellekt sistemlərinin öyrədilməsi üçün müəllif hüquqları ilə qorunan materialların icazəsiz istifadəsi bu sahədə əsas narahatlıq mövzusuna çevrilib.
Xatırladaq ki, başqa bir AI startapı Anthropic, Kaliforniyada məhkəmə qarşısında bir qrup müəllifə 1,5 milyard dollar təzminat ödəməyi qəbul etdiyini açıqlayıb. Müəlliflər, şirkətin AI modeli olan Claudeu öz kitabları ilə qanunsuz şəkildə öyrətdiyini iddia edibər. Bu razılaşma müəllif hüquqları sahəsində ictimaiyyətə açıqlanan ən böyük kompensasiya müqavilələrindən biri hesab olunur.
Anthropic razılaşmada səhvini etiraf etməsə də, təzminat ödənilməsi ilə razılaşıb.
Gülnar Həmidova

