Toni Kroos və Luka Modriçin ayrılığından sonra “Real Madrid” orta xəttə yeni liderini müəyyənləşdirib.
Yeniera.az xəbər verir ki, Xabi Alonsonun sistemində uğurla çıxış edən türkiyəli futbolçu Arda Gülər qısa müddətdə komandanın vacib oyunçularından birinə çevrilib.
Xatırladaq ki, ötən yay Toni Kroos peşəkar karyerasını başa vurduğunu açıqlamışdı. Bu yay isə Luka Modriç “Real Madrid”lə yeni müqavilə imzalamadığı üçün komandadan ayrıldı. Hər iki futbolçunun gedişi klub üçün əhəmiyyətli itki sayılırdı.
Arda, Modriç kimi hücumda fərq yarada bilən texnikaya malikdir və cərimə meydançasına daxil olaraq qol imkanları yaratmaqda da bacarıqlıdır. Eyni zamanda Kroos kimi oyunun tempini idarə edə və ötürmə ritmini düzgün qura bilir.
İspaniyada idman ekspertləri onun bu mövsüm əsas heyətin ayrılmaz hissəsinə çevriləcəyini bildirirlər.
Gülnar Həmidova

