Atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağının müxtəlif ərazilərində hərbi əməliyyatlar və atəş nəticəsində həlak olan 250-dən çox fələstinlinin cəsədi tapılıb.
Yeniera.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, dağılmış binaların dağıntıları altında hələ də minlərlə cəsəd qalır və lazımi avadanlıqların olmaması onların axtarışını çətinləşdirir.
Oktyabrın 6-da İsrail və Fələstin HƏMAS hərəkatının nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında vəziyyətin nizamlanması üçün dolayı danışıqları bərpa ediblər.
Oktyabrın 9-da münaqişə tərəfləri ABŞ prezidenti Donald Trampın əvvəllər təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair saziş imzalayıblar. Qəzzada atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.
Yeganə

