Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Paşinyan deputatı məhkəməyə verdi
  • Ruslan Eyyubovla birgə tutulanların hamısı – Həbsdən buraxıldı
  • Tanınmış simalar YAP-ın İdarə Heyətinin yeni tərkibində
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar – Fotolar

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar

Siyasət Gülnar Əliyeva02.10.2026 - 18:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar.

Yeniera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad olunandan sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.

Nümayəndə heyətinin Şuşa ilə tanışlığı Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərindən başlayıb.

Aİ Şurasının nümayəndələri daha sonra Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.

Səfər çərçivəsində xarici nümayəndələr Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Keçmiş məcburi köçkünlər doğma şəhərlərinə qayıdaraq yaşayış kompleksində məskunlaşıblar.

Qonaqlar, həmçinin Şuşanın qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Nümayəndə heyəti Şuşada Qazançı kilsəsi ilə də tanış olub.




Bənzər Xəbərlər

02.10.2026 - 19:06Gülnar Əliyeva

Paşinyan deputatı məhkəməyə verdi

02.10.2026 - 18:45Gülnar Əliyeva

Ruslan Eyyubovla birgə tutulanların hamısı - Həbsdən buraxıldı

02.10.2026 - 18:30Gülnar Əliyeva

Tanınmış simalar YAP-ın İdarə Heyətinin yeni tərkibində

02.10.2026 - 18:15Gülnar Əliyeva

Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı

02.10.2026 - 17:50Gülnar Əliyeva

“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü

02.10.2026 - 17:38Gülnar Əliyeva

“Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir”

02.10.2026 - 17:25Gülnar Əliyeva

“Hərənin arxasında, böyük bir dayı var”

02.10.2026 - 17:03Gülnar Əliyeva

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

02.10.2026 - 16:50Gülnar Əliyeva

“Gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 233

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 213

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 121

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 868
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.