Avstraliya “Telegram”a qarşı hüquqi prosedura başlayıb
Avstraliya hökuməti “Telegram”a qarşı hüquqi addımlar atmağa başladığını açıqlayıb.
Yeniera.az xəbər verir ki, buna səbəb platformada terror təbliğatı ilə bağlı materialların yayılması iddialarıdır.
Rəsmilər şirkətdən qanunsuz məzmunun daha sürətli silinməsini tələb edirlər. Məsələ ilə bağlı araşdırmalar davam edir və əlavə qərarların veriləcəyi gözlənilir.
YENİERA.AZ
