Avstraliyada ağır və ya orta dərəcədə psixi sağlamlıq problemləri olan təxminən 500.000 insanın psixi sağlamlıq xidmətlərinə çıxışı olmadığı açıqlanıb.
Yeniera.az xəbər verir ki, Məhsuldarlıq Komissiyası üç il əvvəl imzalanmış Milli Psixi Sağlamlıq və İntiharın Qarşısının Alınması Müqaviləsi ilə bağlı son araşdırması ilə bağlı bəyanat yayıb.
“ABC News”-un məlumatına görə, bəyanatda hər beş avstraliyalıdan birinin psixi sağlamlıq problemi yaşadığı bir ölkədə hər il qeyri-adekvat psixi sağlamlıq xidmətlərinin 3000 intihara səbəb olduğu və razılaşmanın uğursuzluq olduğu qeyd edilib.
Açıqlamada, ağır və ya orta dərəcədə psixi sağlamlıq problemləri yaşayan təxminən 500.000 avstraliyalının lazımi şərtlərə cavab verə bilmədiklərinə görə bu psixi sağlamlıq xidmətlərindən məhrum edildiyi qeyd edilərək, təcili tədbir görülməsi çağırışı edilir.
Bəyanatda, müqavilənin imzalanmasından sonrakı 3 il ərzində insanlara psixi sağlamlıq və intiharın qarşısının alınması xidmətlərinin göstərilməsi sahəsində çox az irəliləyiş əldə olunduğu və müqavilənin yenidən yazılmalı olduğu bildirilib.
Avstraliyanın Səhiyyə Naziri Mark Butler verdiyi açıqlamada, tapıntıları ölkədəki əyalətlərin səhiyyə bölmələri ilə müzakirə edəcəklərini və insanların ehtiyaclarını qarşılamaq üçün nələrin edilə biləcəyini müzakirə edəcəklərini bildirib.
Yeganə

