Türkiyənin Konya şəhərində kənd təsərrüfatı işçilərini daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində 18 nəfər yaralanıb.
Yeniera.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Yaylayaka məhəlləsində, Polatlı yolu üzərində baş verib.
Ətrafdakıların məlumat verməsi ilə hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları cəlb olunub.
Qəza nəticəsində minik avtomobilində olan 4 nəfər və mikroavtobusda olan 14 nəfər olmaqla ümumilikdə 18 nəfər yaralanıb.
Qəza ilə bağlı araşdırma davam edir.

