Rusiyanın Perm diyarında gənc bir ayı dişisi iki ovçuya hücum edib, nəticədə bir nəfər xəsarət alıb.
Yeniera.az Rus mediasına istinadla xəbər verir ki, hadisə Tüy kəndi ilə Agarzya kəndi arasında yerləşən meşəlik ərazidə baş verib.
Məlumata görə, ovçulardan birinə hücum edən ayı ona ciddi xəsarətlər yetirib. Digər ovçu isə ayını vuraraq hadisənin daha ağır nəticələnməsinin qarşısını alıb və özü xəsarət almayıb.
Yaralanan ovçu təcili şəkildə xəstəxanaya yerləşdirilib.

