Aparıcı Aytən Səfərova AZAL-dan şikayət edib.
Yeniera.az xəbər verir ki, aparıcı Naxçıvana getdiyini, biletlərin baha olduğunu deyib.
“İnsanların AZAL təyyarəsindən başqa çarəsi yoxdur. Quru sərhədlər bağlıdır. Bakıdan Naxçıvana AZAL təyyarəsi ilə uçduq və qayidanda da eyni yolla qayıtdıq. Əvvəllər bir bilet 50 manat idi, üstəlik 1 saatlıq uçuş zamanı 1 su (və ya şirə) və bulka verirdilər. İndi bilet 60 manatdır, artıq şirə və bulkani yığışdırıblar. İçərisində ağ ərpə oxşar maddələrlə “zəngin” su paylayırlar. Aydındır ki, bir böyük sərnişin üçün o bulka heç nədir, çoxumuz yemirdik də. Amma zənnimcə, milli aviadaşiyıcı (hansının ki, gəmi kapitanları bortda olan uşaqları xüsusi salamlayırlar) 110-120 sərnişin arasında olan bir neçə balacanı (THY, Qatar Airways, American Airlines və s. kimi) necəsə sevindirsə, müflisləşməz. Onsuz da Naxçıvan camaatının AZAL-ı seçməkdən başqa çarəsi yoxdur. Məcburdur. Hər dəfə də ümid edir ki, alternativ yollar seçimi olacaq, amma hələ ki, yoxdur…”.

