Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qalmaqallı prokuror işdən çıxarıldı
  • “Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır?” – Deputatdan ŞOK AÇIQLAMA
  • Bu şəxslərin pensiyası ÖVLADINA VERİLƏCƏK
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Azərbaycanda süni intellekt fabriki qurulur – 2000-dən çox iş yeri açılacaq – FOTO

Azərbaycanda süni intellekt fabriki qurulur – 2000-dən çox iş yeri açılacaq – FOTO

İqtisadiyyat Ariz Əhədov13.12.2025 - 12:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“NeoOrdo” layihəsi çərçivəsində Azərbaycanda süni intellekt texnologiyaları üzrə yüksək texnologiyalı istehsal fabrikinin yaradılması planlaşdırılır.

Yeniera.az xəbər verir ki, layihə “Azturk Holding” ilə Çinin aparıcı süni intellekt şirkətlərindən biri arasında imzalanmış strateji əməkdaşlıq memorandumu əsasında həyata keçiriləcək.

“Azturk Holding”in prezidenti Güləli Bağırov bildirib ki, “NeoOrdo” təşəbbüsü ölkədə süni intellekt sahəsində ilk iri istehsal mərkəzlərindən birinin formalaşmasını hədəfləyir. Onun sözlərinə görə, layihə Azərbaycanın texnoloji infrastrukturunun gücləndirilməsi ilə yanaşı, qlobal süni intellekt bazarında mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

“Bu layihə yalnız texnologiya istehsalı deyil, eyni zamanda Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır”, – deyə Güləli Bağırov vurğulayıb.

Layihənin icrası nəticəsində 2000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Xüsusilə gənclər üçün yüksək texnologiyalar sahəsində yeni məşğulluq imkanları açılacaq ki, bu da yerli kadr potensialının inkişafına mühüm töhfə verəcək.

Şirkət rəhbərliyi qeyd edib ki, layihə çərçivəsində yerli müəssisələrin yeni texnologiyalarla inteqrasiyası sürətlənəcək və bu proses ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.

Layihənin əsas istiqamətlərindən biri Çin-Azərbaycan strateji əməkdaşlığıdır. Çinli tərəfdaşlarla qurulan bu əməkdaşlıq qabaqcıl texnologiyaların Azərbaycana transferini təmin etməklə yanaşı, ölkəni beynəlxalq investorlar üçün daha cəlbedici edəcək.

“NeoOrdo” layihəsi çərçivəsində istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, regional və beynəlxalq bazarlara ixracı da planlaşdırılır. Eyni zamanda nəqliyyat və logistika imkanlarının genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Şirkət rəhbərliyi layihənin növbəti mərhələlərində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini və Azərbaycanın qlobal texnologiya mərkəzlərindən birinə çevrilməsini hədəflədiklərini bildirib.


image-img-20251213-wa0017 image-img-20251213-wa0018 image-img-20251213-wa0019 image-img-20251213-wa0020

Bənzər Xəbərlər

25.03.2026 - 23:38Ariz Əhədov

Qalmaqallı prokuror işdən çıxarıldı

25.03.2026 - 22:20Ariz Əhədov

Bu şəxslərin pensiyası ÖVLADINA VERİLƏCƏK

25.03.2026 - 22:12Ariz Əhədov

Bu halda pensiyanız kəsilə bilər — Sürücülük vəsiqəsi ilə əlaqəlidir

25.03.2026 - 21:54Ariz Əhədov

​Azərbaycanda 17 nəfərdir - 13 min maaş alırlar

25.03.2026 - 21:49Ariz Əhədov

Ardıcıl 5 gün iş olmayacaq – Bu tarixdən 

25.03.2026 - 21:30Ariz Əhədov

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - 83 milyard dollar...

25.03.2026 - 20:13Ariz Əhədov

İranda daha bir general ÖLDÜRÜLDÜ - FOTO

25.03.2026 - 16:00Ariz Əhədov

Rusiya NATO ölkəsini VURDU

25.03.2026 - 15:40Ariz Əhədov

Bu gündən Azərbaycanda mühüm qərar QÜVVƏYƏ MİNDİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 538

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 758

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 568

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 876
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.