Azərbaycanın Xarici İşlər Nazirliyi Bəhreyni milli bayramı münasibətilə təbrik edib.
Yeniera.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Bəhreyn Krallığının Milli Günü münasibətilə Bəhreyn hökumətinə və xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı bildiririk”, – paylaşımda qeyd olunub.

